İzmirdəki terrorun arxasında PKK dayanır
AzVision.az xəbər verir ki, bu barədə İzmir şəhər valisi Erol Ayyıldız deyib.
Vali bildirib ki, terrorçular polis postunda avtomobili yoxlamaq istəyən zaman polislərə hücum ediblər: "Polis terrorçuların olduğu avtomobili yoxlamaq istəyib. Bu zaman onlar atəş açıblar və atışma müddətində avtomobili partladıblar".
Qeyd edək ki, İzmir şəhərində məhkəmə binasının qarşısında baş vermiş partlayış nəticəsində bir polis və bir məhkəmə işçisi ölüb, 10 nəfər xəsarət alıb.
AzVision.az