43 yaşlı polis Türkiyəni böyük faciədən xilas edib

43 yaşlı polis Türkiyəni böyük faciədən xilas edib
  06 Yanvar 2017    Oxunub:14409
İzmirdə törədilən terror aktı zamanı şəhid olan polis əməkdaşı Fethi Sekinin onlarla insanın həyatını xilas etdiyi məlum olub.

AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, 43 yaşlı polis əməkdaşı qəhrəmanlıq nümayiş etdirib.

Fethi Sekin ədliyyə binasının önündə terror təhlükəsini hiss edərək “canlı bombalar”la son nəfəsinədək vuruşub. O, terrorçularından birini öldürə bilsə də, özü də şəhid olub.

İzmir valisi Erol Ayyıldız Fethi Sekinin qəhrəmanlıq göstərdiyini bildirib.

"Terror aktı zamanı Fethi Sekinlə birlikdə ədliyyə əməkdaşı həlak olub. Onların qəhrəmanlığı nəticəsində böyük faciənin qarşısı alınıb. Terrorçuların arzusu puç olub”-deyə vali vurğulayıb.

Qeyd edək ki, bu gün Türkiyənin İzmir şəhərində törədilmiş terror aktı nəticəsində bir polis əməkdaşı və bir ədliyyə işçisi həlak olub. Ədliyyə binasının girişlərindən birindəki polis nəzarət nöqtəsinə yaxınlaşan bomba yüklü avtomobil saxlanılarkən terrorçular qaçmağa çalışıblar. Onların tərk etdikləri avtomobildə partlayış baş verib və bundan sonra meydana gələn atışmada iki terrorçu öldürülüb.

Terror aktının PKK tərəfindən törədildiyi ehtimal edilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti