İstanbuldakı terrora görə 20 əcnəbi tutulub

İstanbuldakı terrora görə 20 əcnəbi tutulub
  06 Yanvar 2017    Oxunub:1567
İstanbulda "Reina" gecə klubunda baş verən terror aktından sonra Türkiyədə bir sıra əməliyyatlar keçirilib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyatlar zamanı terror aktının təşkilində şübhəli bilinən 20-dan çox adam saxlanılıb.

Saxlanılanlar əslən Orta Asiya və şimali Afrikadan olan xarici vətəndaşlardır.

Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu bəyan edib ki, terrorçunun kimliyi artıq müəyyən edilib. Onun adı istintaq maraqlarına görə açıqlanmır.

Qeyd edək ki, Yeni il gecəsi naməlum şəxs İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna hücum edib. Nəticədə 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti