Türkiyədə yaşayan ABŞ vətəndaşlarına xəbərdarlıq

Türkiyədə yaşayan ABŞ vətəndaşlarına xəbərdarlıq
  06 Yanvar 2017    Oxunub:1487
ABŞ İzmirdə baş verən terror hadisəsindən sonra Türkiyədə yaşayan vətəndaşlarına xəbərdarlıq edib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dövlət Departamenti ABŞ vətəndaşlarına terror aktlarının baş verdiyi bölgələrdən uzaq olmağı tapşırıb.

Qeyd edək ki, bu gün Türkiyənin İzmir şəhərində törədilmiş terror aktı nəticəsində bir polis əməkdaşı və bir ədliyyə işçisi həlak olub. Ədliyyə binasının girişlərindən birindəki polis nəzarət nöqtəsinə yaxınlaşan bomba yüklü avtomobil saxlanılarkən terrorçular qaçmağa çalışıblar. Onların tərk etdikləri avtomobildə partlayış baş verib və bundan sonra meydana gələn atışmada iki terrorçu öldürülüb. Terror aktının PKK tərəfindən törədildiyi ehtimal edilir.

AzVision.az


Teqlər:





Xəbər lenti