Obamaya Rusiya ilə bağlı məxfi hesabat verilib

Obamaya Rusiya ilə bağlı məxfi hesabat verilib
  06 Yanvar 2017    Oxunub:2042
ABŞ-da keçirilən prezident seçkilərinə Rusiya və digər xarici ölkələrin müdaxiləsinə dair məxfi hesabat Barak Obamaya təqdim edilib.

AzVision.az xəbər verir ki, bunu “Assoşieyted Press”ə ölkənin kəşfiyyat orqanlarındakı mənbə bildirilib. Hesabat, həmçinin yanvarın 6-da yeni seçilmiş prezident Donald Trampa təqdim ediləcək.

Dekabrın 10-da Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) müəyyənləşdirib ki, Rusiya Donald Trampın qalib gəlməsi üçün ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə edib.

MKİ Rusiya rəhbərliyi ilə bağlı olan və “WikiLeaks” saytına Hillari Klintonun qərargahının rəhbəri Con Podesta da daxil olmaqla Demokratlar partiyasının serverlərini qırmaq yolu ilə əldə olunan minlərlə elektron poçtu ötürməkdə şübhəli bilinən şəxsin kimliyini müəyyənləşdirib. MKİ bu qənaətə gəlib ki, Rusiyanın əsas məqsədi Trampın seçkilərdə qalib gəlməsinə yardım etmək olub.

Daha əvvəl ABŞ KİV-ləri və FTX dəfələrlə Demokratlar partiyasının serverlərinin rus hakerlər tərəfindən sındırıldığını bəyan etmişdi.

Qeyd edək ki, bu ilin noyabrın 8-də ABŞ-də keçirilən seçkilərdə Donald Tramp rəqibi Hillari Klintona qalib gələrək ölkənin yeni prezidenti seçilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti