Suriyada 32 İŞİD-çi məhv edilib

Suriyada 32 İŞİD-çi məhv edilib
  06 Yanvar 2017    Oxunub:1262
Türkiyə hərbçilərinin Suriyada keçirdiyi “Fırat Kalkanı” (“Fərat qalxanı”) anti-terror əməliyyatı nəticəsində Əl-Bab şəhərində terrorçu İŞİD qruplaşmasının 140 obyekti məhv edilib.
AzVision.az xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, Əl-Bab şəhərində İŞİD-in obyektlərinə havadan endirilən zərbələr nəticəsində və bu ərazidə baş verən silahlı qarşıdurmalar nəticəsində 32 yaraqlı məhv edilib, onlara məxsus bır sıra zirehli avtomobillər sıradan çıxarılıb.

Bildirilib ki, Bəşər Əsəd rejiminə müxalif qüvvələrdən formalaşan Xüsusi Təyinatlı Güc Qrupları havadan endirilən zərbələrin dəstəyi ilə Suriyanın Əl-Bab şəhərinin terrorçulardan təmizlənməsi istiqamətində planlı fəaliyyətini davam etdirir.

AzVision.az


Teqlər:  





Xəbər lenti