İranda güclü zəlzələ - Ölən və yaralılar var

İranda güclü zəlzələ - Ölən və yaralılar var
  06 Yanvar 2017    Oxunub:2549
İranın cənubunda baş verən 5,1 bal gücündə zəlzələ baş verib.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.

Zəlzələnin episentri Fars əyalətinin Xünc şəhəri yaxınlığında baş verib.

İlkin məlumatlara görə, ölənlərin hamısı xarici vətəndaşlardır. Onların hamısının Əfqanıstan vətəndaşı olduğu ehtimal olunur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti