Anti-terror əməliyyatı: 225 nəfər tutuldu

Anti-terror əməliyyatı: 225 nəfər tutuldu
  06 Yanvar 2017    Oxunub:1784
Türkiyənin Şanlıurfa şəhərində terror təşkilatı KCK və PKK-ya qarşı keçirilən əməliyyatda aralarında bələdiyyə başçılarının da daxil olduğu 225 nəfər saxlanılıb.
AzVision.az “Haber 7”-yə istinadən xəbər verir ki, saxlanılanlardan 60-ı həbs edilib, 107 nəfər isə polis nəzarətində olmaq şərti ilə sərbəst buraxılıb.

Həbs olunanlar arasında Ceylanpınarın keçmiş rayon rəhbəri Hicri Qəməri, Bozovanın Bələdiyyə sədri Z.T, Bozova Bələdiyyəsinin sədr müavini F.D, Viranşehir Bələdiyyəsinin sədri E.C və onun müavini, Suruş Bələdiyyə sədri H.A da var.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti