`ABŞ səhv edib, bədəlini biz ödəyirik` - Fikri İşıq

`ABŞ səhv edib, bədəlini biz ödəyirik` - Fikri İşıq
  06 Yanvar 2017    Oxunub:2459
Türkiyənin milli müdafiə naziri Fikri İşıq canlı yayımda ABŞ-ı sərt tənqid edib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir ABŞ-ı PYD terror təşkilatını silahla təchiz etməkdə ittiham edib:

“Terror təşkilatı ilə əməkdaşlıq etmək ilanla kisəyə girməkdir. ABŞ strateji səhv edib. Bədəlini biz ödəyirik, amma ABŞ-da ödəyəcək. ABŞ İŞİD-lə mübarizə aparmaq üçün PYD-ni tərəfdaş olaraq seçib. Biz bunun səhv olduğunu əvvəlcədən deyirik. PYD PKK-nın davamçıs, Suriya qoludur. Bütün terror təşkilatları özlərini dəstəkləyənlərdən qisas alıb. İŞİD-ə qarşı mübarizə aparmaq üçün verilən silahlar İŞİD-dən çıxır”.

Türkiyənin Adana vilayətindəki “İncirlik” aviabazasının bağlanmasına gəlincə nazir bildirib: “Bu gün və ya sabah bağlanılmayacaq. “İncirlik” bazası NATO-nun bazası deyil və Türkiyənin icazəsi ilə bu ərazidə mövcuddur. Türkiyənin maraqlarına təhdid olaraq görülsə, mövcud vəziyyətə görə qiymətləndiriləcək”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti