ABŞ ben Ladenin oğluna qarşı sanksiya tətbiq etdi

ABŞ ben Ladenin oğluna qarşı sanksiya tətbiq etdi
  06 Yanvar 2017    Oxunub:1830
ABŞ Usama ben Ladenin oğlu Həmzə ben Laden və Əl-Qaidənin Ərəbistan yarımadasındakı qolunun rəhbərlərindən biri olan İbrahim əl - Banaya qarşı sanksiya tətbiq edib.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departament məlumat yayıb.

Departamentin yaydığı məlumata görə, Həmzə ben Ladenin adı ABŞ və onun vətəndaşlarının təhlükəsizliyi üçün ciddi təhlükə törədən fəaliyyətinə görə sanksiya siyahısına daxil edilib. Məlumata əsasən o, 2015-ci ilin avqustundan “Əl-Qaidə” sıralarındadır və ABŞ və amerikalılara qarşı intiqam da daxil olmaqla, qərb ölkələrinin paytaxtında hücuma səsləyən bəyənatlarla çıxış edir.

Sanksiya siyahısına, həmçinin Əl-Qaidənin Ərəbistan yarımadasındakı qolunun rəhbərlərindən biri İbrahim əl – Bananın da adı daxil edilib. O, yaraqlıların hazırlanması və məlumatların toplanması prosesində dəfələrlə iştirak edib.

Daha əvvəl onun haqda məlumat verən şəxsə 5 milyon dollar mükafat vəd edilmişdi.

ABŞ Maliyyə Nazirliyinin qərarı ilə adı çəkilən şəxslərin Birləşmiş Ştatlar ərazisində bütün mülkləri, həmçinin maliyyə aktivləri dondurulur, ABŞ vətəndaşlarının onlarla iş görməsi qadağan olunur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti