Türkiyənin 2 hərbçisi şəhid oldu

Türkiyənin 2 hərbçisi şəhid oldu
  06 Yanvar 2017    Oxunub:1708
Türkiyənin cənub-şərqində yerləşən Şırnak vilayətinin Qabar dağı ərazisində təhlükəsizlik xidmətlərinin PKK terror təşkilatına qarşı apardığı əməliyyat çərçivəsində iki türk hərbçi həlak olub.

AzVision.az Anadolu agentliyinə istinadən xəbər verir ki, əməliyyat zamanı 4 nəfər yaralanıb. Yaralı hərbçilər Siirt Dövlət Xəstəxanasına çatdırılıblar.

Qeyd edək ki, bölgədə PKK terrorçularına qarşı əməliyyat davam edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti