Tramp suallara cavab verəcək

Tramp suallara cavab verəcək
  07 Yanvar 2017    Oxunub:2125
ABŞ-ın seçilmiş prezidenti Donald Tramp yanvarın 11-də seçkilərdə qələbəsindən sonra Nyu-Yorkda ilk böyük mətbuat konfransını keçirəcək.

Bu barədə Tramp tərəfindən Ağ evin mətbuat katibi postuna irəli sürülmüş Şon Spayser ənənəvi brifinqdə məlumat verib.

Spayserin sözlərinə görə, Donald Tramp qarşıdakı mətbuat konfransında təkcə prezidentlik səlahiyyətləri müddətində öz biznesinin idarə edilməsindən necə kənarlaşacağına deyil, mövzuların geniş dairəsinə toxunmaq niyyətindədir.

Onun sözlərinəgörə, Tramp hədəfləri və prioritetləri barədə sualları cavablandırmağa hazırdır.

AzVision.az


Teqlər:





Xəbər lenti