ABŞ Konqresi seçkilərin nəticələrini təsdiq edib

ABŞ Konqresi seçkilərin nəticələrini təsdiq edib
  07 Yanvar 2017    Oxunub:2218
ABŞ Konqresi 8 noyabr prezident seçkilərinin nəticələrini təsdiqləyib.

AzVision.az RİA Novosti-yə istinadən bildirir ki, Respublikaçılar partiyasının namizədi Donald Tramp seçkilərin qalibi elan edilib.

Seçici kollegiyası üzvlərinin səsverməsi Senat və Nümayəndələr Palatasının birgə iclasında baş tutub. Donald Tramp 304, onun rəqibi Hilları Klinton isə 227 səs toplayıb.

Qeyd edək ki, Donald Trampın inauqurasiya mərasimi yanvarın 20-də keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti