Güclü qar İstanbulu iflic etdi
Hava şəraiti ilə əlaqədar Türk Hava Yolları Atatürk və Sabiha Gökçen Hava Limanından edəcəyi 500 reysi ləğv edib. Atatürk Hava Limanına enməsi lazım olan 70 təyyarə reysi isə başqa şəhərdəki hava limanlarına yönəldilib.
Fırtına və çovğun səbəbindən sərnişin və gəzinti gəmilərinin hərəkəti dayandırılıb. Orta və ümumtəhsil məktəblərində iki gün tətil elan olunub.
AzVision.az