Ermənistanda məmur oğlu qətlə yetirildi

Ermənistanda məmur oğlu qətlə yetirildi
  07 Yanvar 2017    Oxunub:5177
Bu gün Ermənistanın Qexarkunik vilayətində atışma baş verib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, insident zamanı vilayətin vitse-qubernatoru Andranik Akobyanın oğlu Ayk Akobyan güllələnib. Qubernatorun 28 yaşlı oğlu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qətli törədən şəxsin kimliyi və hadisənin motivləri barədə aidiyyatı qurumlar tərəfindən KİV-ə əlavə məlumat verilməyib.

Faktla bağlı cinayət işi açıllıb, araşdırma aparılır.



AzVision.az


Teqlər:  





Xəbər lenti