Karlovun qətlinə görə 5 nəfər həbs edildi - 4-ü polisdir

Karlovun qətlinə görə 5 nəfər həbs edildi - 4-ü polisdir
  08 Yanvar 2017    Oxunub:2837
Türkiyə polisi Rusiya səfiri Andrey Karlovun Ankarada qətlə yetirilməsi ilə bağlı təhqiqat çərçivəsində beş nəfəri həbs edib.

Bu barədə Anadolu agentliyi İzmir şəhər prokurorluğuna istinadla məlumat yayıb. Bildirilir ki, həbs edilənlərin dördü səfiri qətlə yetirən Mövlut Altıntaşla birgə daxili işlər orqanlarında çalışmış şəxslərdir. Beşinci şəxs isə FETÖ təşkilatının fəalıdır. O, Altıntaşın təhsil aldığı İzmirdəki polis məktəbində bu təşkilatın tərəfdarı olan kursantlarla iş aparırdı.

Xatırladaq ki, Rusiya səfiri Andrey Karlov dekabrın 19-da Ankarada fotosərginin açılışında çıxış edərkən güllə ilə vurulmuşdu. Səfirə atəş açan polis işçisi Mövlut Altıntaş isə yerli təhlükəsizlik qüvvələri tərəfindən hadisə yerində öldürülmüşdü.

AzVision.az


Teqlər:





Xəbər lenti