Sabiq prezident 92 yaşında vəfat edib

Sabiq prezident 92 yaşında vəfat edib
  08 Yanvar 2017    Oxunub:2043
Portuqaliyanın sabiq prezidenti Mariu Suari 92 yaşında vəfat edib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, sabiq prezident dekabr ayında xəstəxanaya yerləşdirilmişdi və dərin koma vəziyyətində idi.

Qeyd edək ki, Portuqaliya Sosialist Partiyasının banisi Mariu Suariş iki dəfə Baş nazir vəzifəsində işləyib, 1986-cı ildən 1996-cı ilədək ölkənin Prezidenti olub.

Dövlət başçısı vəzifəsindən getdikdən sonra o, 1999-2004-cü illərdə Portuqaliyanı Avropa Parlamentində təmsil edib. 2006-cı ildə sosialistlər tərəfindən yenidən prezidentliyə namizədliyi irəli sürülsə də, seçkilərdə uduzub.

AzVision.az


Teqlər:





Xəbər lenti