Trampdan Putinə mesaj: `Onlar sadəcə axmaqdırlar`

Trampdan Putinə mesaj: `Onlar sadəcə axmaqdırlar`
  08 Yanvar 2017    Oxunub:2849
ABŞ-ın yeni seçilmiş prezideni Donald Tramp Rusiya ilə bağlı maraqlı mesajlar verib.

AzVision.az-ın məlumatına görə, Tramp “Twitter” səhifəsində dünyada yetərincə problemin olduğunu diqqətə çatdıraraq bildirib ki, onun prezidentlik fəaliyyəti dövründə Rusiya ABŞ-a daha çox sayğı göstərəcək və iki ölkə bir sıra problemlərin həllinə birgə çalışacaq.

“Sadəcə axmaq insanlar Rusiya ilə yaxşı münasibət qurmağın pis olduğunu düşünə bilər”-deyə Tramp yazıb.

Qeyd edək ki, bu ilin noyabrın 8-də ABŞ-də keçirilən seçkilərdə Donald Tramp rəqibi Hillari Klintona qalib gələrək ölkənin yeni prezidenti seçilib. Tramp yanvarın 20-də prezidentlik fəaliyyətinə başlayacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti