Bağdadda partlayış: 12 ölü, 50 yaralı

Bağdadda partlayış: 12 ölü, 50 yaralı
  08 Yanvar 2017    Oxunub:2023
İraqın paytaxtı Bağdadda yenidən partlayış olub.
AzVision.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bomba ilə yüklənmiş avtomobil Bağdadın şərq hissəsində partlayıb.

Hadisə nəticəsində azı 12 nəfər ölüb, 50 nəfər yaralanıb. İŞİD Bağdaddakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

Qeyd edək ki, yanvarın 5-də Bağdadın Bab əl-Muazam rayonunda baş vermiş partlayış nəticəsində 10 nəfər ölüb, 21 nəfər yaralanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti