Kim Çen Inın öldürülməsi üçün briqada yaradılır

Kim Çen Inın öldürülməsi üçün briqada yaradılır
  08 Yanvar 2017    Oxunub:6409
Cənubi Koreya və ABŞ Koreya yarımadasında müharibə başladığı halda əsas vəzifəsi Şimali Koreya lideri Kim Çen Inın öldürmək olacaq xüsusi briqada yaratmağı planlaşdırırlar.

AzVision.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Renxap” agentliyi Cənubi Koreya ordusundakı mənbəyə istinadən məlumat yayıb.

Min nəfərdən iki min nəfərdək döyüşçünün olacağı briqadanın yaradılmasına bu ildən başlanılması planlaşdırılır. Briqadada ABŞ xüsusi təyinatlıları da olacaq və onlar Cənubi Koreya komandanlığına tabe olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti