Sabiq prezidentin oğlu evində ölü tapılıb

Sabiq prezidentin oğlu evində ölü tapılıb
  09 Yanvar 2017    Oxunub:3975
Polşada sabiq prezident Lex Valensanın oğlu Qdansk şəhərindəki evində ölü tapılıb.
AzVision.az RİA Novosti-yə istinadən xəbər verir ki, 43 yaşlı Pşemıslav Valensanın cəsədinin üzərində xəsarət izlərinin olmadığı bildirilir.

Hazırda prokurorluq və polis əməkdaşları hadisə yerində araşdırmalar aparırır.Mərhumun ailə üzvləri dindirilir.

Qeyd edək ki, Polşanın sabiq prezidenti Lex Valensanın 8 övladı - 4 oğlu və 4 qızı var. Pşemıslav Valensa adı dəfələrlə yol-nəqliyyat hadisələrində hallanıb. 1995-ci ildə o, avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə 1 il və 9 ay, 2003-cü ildə isə 1 il müddətinə şərti olaraq azadlıqdan mərhum edilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti