Araqdan ölənlərin sayı 78-yə çatıb

Araqdan ölənlərin sayı 78-yə çatıb
  09 Yanvar 2017    Oxunub:1617
Rusiyanın İrkutsk şəhərində spirt tərkibli "Boyarışnik" içkisindən zəhərlənərək ölənlərin sayı 78 nəfərə çatıb.
AzVision.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin regional idarəsindən bildirib.

“Bayram günləri ərzində xəstəxanalarda metil spirtindən zəhərlənmədən 2 nəfər ölüb. Üç nəfərin müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, ümumilikdə dekabrın 30-u konsentratdan 123 nəfər zəhərlənib. 16 nəfər isə stasionar müalicədədir. Faktla bağlı aparılan araşdırma nəticəsində 23 nəfər tutulub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti