Cəmil Həsənli ehtiyat namizəd olacaq?

Cəmil Həsənli ehtiyat namizəd olacaq?
  20 Avqust 2013    Oxunub:995
Milli Şura prezidentliyə vahid ehtiyat namizəd kələfini çözməyə yaxındır.
Bu barədə musavat.com-a qurumun rəhbərliyinə daxil olan mötəbər şəxslərdən biri məlumat verib.

Xəbərdə bildirilir ki, sabah Milli Şuranın növbəti sessiyasının keçirilməsi barədə quruma üzv olan partiyaların rəhbərləri ilə razılıq əldə olunub. Hələlik sessiyanın hansı məkanda keçiriləcəyi məlum deyil.

Məlum olan odur ki, növbəti sessiya öncəkindən öz konstruktivliyi ilə fərqlənəcək. Yəni uzun-uzadı müzakirələr, gərgin mübahisələrə lüzum qalmayacaq. Belə ki, ehtimala görə, partiyalar sessiyaya qədər əsas mübahisə doğuran məsələləri həll edərək, toplantıya qatılacaqlar.

Bildiriir ki, Müsavat Partiyasının həftələrdən bəri israr etdiyi ehtiyat namizəd variantı barədə prinsipial razılıq əldə edilməsindən sonra namizədin kimliyi də böyük ölçüdə dəqiqləşib. Bu, "El" hərəkatının sədr müavini Cəmil Həsənlidir.

Xatırladaq ki, C.Həsənli dünən mətbuata verdiyi açıqlamada preizdentliyə vahid namizəd olmaq istəmədiyini bildirmişdi. Ancaq deyilənə görə, onu öz fikrindən daşınmağa vadar edən səbəb Milli Şuranın çıxılmaz vəziyyətə düşməsi və MŞ liderlərinin ona etimad göstərərk israrla müraciət etməsidir.


Teqlər:  





Xəbər lenti