Ermənistanda səs-küylü qətl - Qatil həbs edildi

Ermənistanda səs-küylü qətl - Qatil həbs edildi
  09 Yanvar 2017    Oxunub:3635
Ermənistanın Qexarkunik vilayətinin vitse-qubernatoru Andranik Akobyanın oğlu Ayk Akobyanı güllələyən şəxs saxlanılıb.
AzVision.az “168.am”-a istinadən xəbər verir ki, Akobyanı vilayət sakini Mexak Harutyunyan qətlə yetirib.

Ermənistan İstintaq Komitəsi faktla bağlı araşdırmaları davam etdirir.

Qətlin hansı səbəbdən baş verməsi haqda açıqama verilməyib. Dövlət qurumları hadisəni ört-basdır etməyə çalışırlar.

Qeyd edək ki, yanvarın 7-də Ermənistanın Qexarkunik vilayətində atışma baş verib. İnsident zamanı vilayətin vitse-qubernatoru Andranik Akobyanın oğlu Ayk Akobyan güllələnib.

Qubernatorun 28 yaşlı oğlu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti