Çavuşoğlu Trampdan Güləni istədi
Türkiyənin bu iki haqlı tələbinin həyata keçirilməsinin Türkiyə-ABŞ münasibətlərinin gələcəyi baxımından böyük əhəmiyyət daşıdığını qeyd edən Çavuşoğlu vurğulayıb: “Türkiyə və ABŞ, çox geniş bir coğrafiyada müsbət təsirlər yarada biləcək qüdrətə və imkanlara malik strateji tərəfdaşdır. Bu iş birliyinin qayğı ilə qorunması lazım olduğuna inanırıq” deyib.
Nazir bildirib ki, rəsmi Ankara ABŞ-ın əvvəllər etdiyi səhvləri bir daha təkrarlamayacağına ümidvardır: “Türkiyə ilə ABŞ strateji tərəfdaşdır. NATO-da əməkdaşlığımız bu strateji müttəfiqliyi daha da gücləndirir. ABŞ-ın yeni hakimiyyəti ilə anlaşılsa, ikitərəfli əlaqələr qarşılıqlı mənfəətlər əsasında inkişaf etdirilə bilər. ABŞ hakimiyyətinin əvvəlki illərdəki səhvləri təkrarlamayacağına inanırıq”.
Çavuşoğlu İraqdakı proseslərin Türkiyənin təhlükəsizliyi və rifahına birbaşa təsir göstərdiyini deyib: “İraqın tam bir siyasi sistemdə, əmin-amanlıq, təhlükəsizlik və sabitliyə qovuşmasını arzu edirik. Bu ölkənin İŞİD, PKK və digər terror təşkilatlarının yuvasına çevrilməsinə istəmirik. PKK-nın, İraqda illərdir işğal etdiyi sahələri genişləndirməsinə və Kanidlə bənzər bir sahə təsis etməsinə izləyici qalmayacağımızı bir daha buradan vurğulayıram”.
İlkin Nəcəfzadə
AzVision.az