406 FETÖ-çü, 129 İŞİD-çi həbs edilib

406 FETÖ-çü, 129 İŞİD-çi həbs edilib
  09 Yanvar 2017    Oxunub:1486
Türkiyə təhlükəsizlik qüvvələri son bir həftədə terror təşkilatlarına qarşı 253 əməliyyat həyata keçirib.
AzVision.az-ın məlumatına görə, bu barədə məlumatı Türkiyə Daxili İşlər Nazirliyi yayıb.

Qeyd olunub ki, əməliyyatlarda terror təşkilatının 3 üzvü ölü, 4-ü sağ ələ keçirilib. Eyni zamanda 2 terrorçu təslim olub.

PKK-ya maddi köməklik və vasitəçilik etmək iddiası ilə saxlanılan 344 nəfərin 36-sı, FETÖ ilə bağlı saxlanılan 627 nəfərdən 406-sı həbs olunub. İŞİD terror təşkilatı ilə əlaqəli olduğu şübhəli bilinən 129 nəfər isə həbs edilib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti