Erməni məmura görə oğlu güllələnib - Qətlin təfərrüatı

Erməni məmura görə oğlu güllələnib - Qətlin təfərrüatı
  09 Yanvar 2017    Oxunub:7668
Ermənistanda məmur övladının qətlə yetirilməsi ilə bağlı cinayətin bəzi təfərrüatları məlum olub.
AzVision.az “Armlur.am” saytına istinadən xəbər verir ki, hadisədən bir neçə gün əvvəl Qexarkunik vilayətinin vitse-qubernatoru Andranik Akobyanla onun övladını qətlə yetirən vilayət sakini Mexak Harutyunyan arasında mübahisə baş verib.

Tərəflərin nə üstündə mübahisə etdiyi tam olaraq bilinməsə də, hadisə şahidlərinin sözlərinə görə, qarşıdurma həll olunmamış şəkildə qalıb.

Bundan bir neçə gün sonra Andranik Akobyanın oğlu Ayk Akobyan Mexak Harutyunyanla görüşüb. Məlumata görə, Ayk Akobyan atası ilə mübahisə etdiyi üçün Harutyunyanı cəzalandırmaq istəyib. Amma tam əksi baş verib. Tərəflər arasında baş verən mübahisə nəticəsində Harutyunyan vitse-qubernatorunun oğlunu güllələyib.

Qubernatorun 28 yaşlı oğlu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Mexak Harutyunyan artıq saxlanılıb. Fatkla bağlı araşdırma aparılır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti