Messi FİFA-nın qala gecəsinə qatılmayacaq

  09 Yanvar 2017    Oxunub : 991
Messi FİFA-nın qala gecəsinə qatılmayacaq
“Barselona” futbol klubunun ulduzu Lionel Messi FİFA versiyası üzrə təşkil ediləcək 2016-cı ilin ən yaxşı futbolçusu qala gecəsində iştirak etməyəcək.

Kataloniya klubundan veriilən məlumata görə, argentinalı ulduzla yanaşı, FİFA-nın 2016-cı il üçün rəmzi yığmasına namizədlər - Andres İnyesta, Luis Suares və Jerar Pike də mükafatlandırma mərasiminə qatılmayacaq. “Barselona”dan bu addımın futbolçuların İspaniya kubokunda “Atletik Bilbao” ilə cavab oyununa hazırlıq məqsədilə atıldığı bildirilib. İlk görüşdə Luis Enrikenin komandası 1:2 hesabı ilə məğlub olmuşdu.

Xatırladaq ki, Messi ilə yanaşı, ilin futbolçusu adına namizədlər arasında Madridin “Real” klubunun forvardı Kriştiano Ronaldo və “Atletiko” komandasından Antuan Qrizmann yer alır.

AzVision.az

Teqlər: