Belarus 80 ölkə ilə vizasız rejimə keçdi
AzVision.az “Belta”ya istinadən xəbər verir ki, fərmana əsasən 80 ölkənin vətəndaşları 5 gün müddətinə Belarusa vizasız daxil ola biləcəklər. Fərman Avropanın 39 ölkəsinə, eləcə də Braziliya, İndoneziya, ABŞ, Yaponiya və digər ölkələrə də şamil olunur.
Belarus prezidentinin mətbuat xidmətinin məlumatına görə, bu addım xarici biznesmenlərin və turistlərin ölkəyə səfərlərinin artırılması məqsədilə atılıb.
Fərman nəşr olunduğu gündən bir ay sonra qüvvəyə minir.
AzVision.az
Teqlər: