`ABŞ-a dost deməyə dilim gəlmir` - Ərdoğan

`ABŞ-a dost deməyə dilim gəlmir` - Ərdoğan
  10 Yanvar 2017    Oxunub:1660
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ı sərt tənqid edib.

AzVision.az Türkiyə mətbuatına istinadən verir ki, Ərdoğan bu barədə xarici səfirlərlə keçirdiyi görüşdə bildirib.

"Türkiyədə axtarışda olan və FETÖ şəbəkəsinə mənsub şəxsin ABŞ-da universitetlərin birinə rektor təyin edilməsi qəbuledilməzdir", - deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti bu vəziyyətin ABŞ-la dostluq əlaqələrinə zərbə vurduğunu söyləyib: "Çox təəssüf ki, FETÖ üzvləri və PKK-lı terrorçular Amerika və Avropada rahat gəzib dolaşa bilirlər. Həmin ölkələr onlara qol-qanad verir. Dost deməyə dilim gəlmir, amma ən azından müttəfiq bildiyimiz bu ölkələr üçün təəssüflənirik".

Qeyd edək ki, FETÖ üzvü olmaqda ittiham edilən və Türkiyədə adı "qara siyahı"ya düşərək axtarışda olan, Fatih Universitetinin keçmiş rektoru Şerif Tekalan ABŞ-dakı "North American" universitetinə rektor təyin edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti