Ankara küçələrindən birinə Karlovun adı verildi

Ankara küçələrindən birinə Karlovun adı verildi
  10 Yanvar 2017    Oxunub:2528
Ankarada Rusiya səfirliyinin yerləşdiyi küçəyə dekabrın 19-da sui-qəsd nəticəsində qətlə yetirilmiş səfir Andrey Karlovun adı verilib.

AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, qərar yekdilliklə Ankara şəhər bələdiyyəsinin toplantısında qəbul olunub.

Xatırladaq ki, 62 yaşlı səfir Andrey Karlov dekabrın 19-da Ankara Müasir Sənət Mərkəzində 22 yaşlı polis Mevlet Mert Altıntaş tərəfindən öldürülüb. Sui-qəsdçi isə polis özəl hərəkatı tətəfindən zərərsizləşdirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti