Rusiyanın konsulu evində ölü tapıldı

Rusiyanın konsulu evində ölü tapıldı
  10 Yanvar 2017    Oxunub:4332
Rusiyanın Yunanıstandakı konsulu Andrey Melaninin paytaxt Afinada meyiti aşkar edilib.

AzVision.az "Qazeta.ru"-ya istinadən xəbər verir ki, 55 yaşlı konsul yaşadığı mənzildə ölüb.

Məlumata görə, diplomat bu gün işə gəlməyib və zənglərə cavab verməyib. Bu səbəbdən onun evinə baş çəkən konsulluq əməkdaşları polisin köməyi ilə qapını sındıraraq içəri daxil olaraaq diplomatın meyitini görüblər.

Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti