Putin Trampın andiçməsinə getməyəcək

Putin Trampın andiçməsinə getməyəcək
  10 Yanvar 2017    Oxunub:1828
Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak yeni seçilən prezident Donald Trampın inauqurasiya mərasiminə qatılmaqla bağlı dəvəti qəbul edib.
AzVision.az xəbər verir ki, bu barədə səfirliyin mətbuat xidmətindən "RİA Novosti"yə məlumat verilib.

"Protokol qaydalarına və təcrübəyə əsasən ABŞ prezidentinin inauqurasiya mərasiminə xarici səfirlər dəvət edilir. ABŞ tərəfindən Rusiyanın səfiri Sergey Kislyak bu mərasimə dəvət olunub. Səfir həmin tədbirdə iştirak edəcək" – deyə səfirliyin mətbuat katibi Nikolay Laxonin açıqlamasında bildirib.

Qeyd edək ki, Donald Tramp andiçmə mərasimi yanvarın 20-də keçiiləcək. Bundan öncə bəzi KİV-lərdə Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasiminə gedəcəyi haqda məlumatlar yayılmışdı.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti