Rəfsəncani bu gün dəfn olunacaq

Rəfsəncani bu gün dəfn olunacaq
  10 Yanvar 2017    Oxunub:2135
İranın sabiq prezidenti Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani bu gün dəfn ediləcək.
AzVision.az xəbər verir ki, ötən gün Tehranda sabiq prezidentlə vida mərasimi keçirilib.

Mərasimdə İran prezidenti Həsən Ruhani və digər rəsmi şəxslər iştirak ediblər. İranda, həmçinin sabiq prezidentin vəfatı ilə əlaqədar 3 günlük matəm elan edilib.

Qeyd edək ki, Rəfsəncani 1934-ci ildə İranın Kirman vilayətində Rəfsəncanda kəndli ailəsində dünyaya gəlib. 1948-ci ildə Qum şəhərində dini təhsil alıb. Burada o, dini təhsillə bərabər, siyasi dünya görüşünü artırıb. 1958-ci ildən dini lider Ruhulla Xomeyninin müridi olub. O da Xomeyni kimi mühafizəkar mövqe tutub və Rza Şah Pəhləvinin müasirlik siyasətinə qarşı çıxıb. Xomeyni 1964-cü ildə ölkədən qovulub. Bu hadisədən İslam inqilabına qədər keçən 15 il ərzində Rəfsancani 5 dəfə həbs edilib.

1979-cu il inqilabından nəticəsində şah devrilib və Xomeyni ölkəyə qayıdıb, Rəfsəncani isə onun ən yaxın adamlarından birinə çevrilib, İslam Partiyasının qurulmasında yaxından iştirak edib.

1979-1980-ci illərdə daxili işlər naziri olub. 1980-ci ildə ona qarşı olan sui-qəsd uğursuzluqla nəticələnib. Rəfsəncani 1980-1989-cu illərdə İslam Məşvərət Şurasıda Məclisin sədri olub. 1989-1997-ci illərdə isə İranın prezidenti olub. 2005-ci ildə İranda keçirilən prezident seçkilərində isə Mahmud Əhmədinecəd məğlub olub.

Rəfsəncaninin 5 övladı - 3 oğlu və 2 qızı yadigar qalıb. Qızı hazırda Məclis üzvüdür.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti