DÇ-2026: Final mərhələsində 48 komanda olacaq

DÇ-2026: Final mərhələsində 48 komanda olacaq
  10 Yanvar 2017    Oxunub:1888
FİFA Şurası dünya çempionatının final mərhələsində iştirak edəcək komandaların sayının 32-dən 48-ə çatdırıldığını təsdiqləyib.
AzVision.az-ın məlumatına görə, bu barədə Şuranın İsveçrənin Sürix şəhərindəki iclasında qərar verilib.

Yeni format 2026-cı ildən qüvvəyə minəcək. Qərara əsasən, 48 komanda 16 qrupda mübarizə aparacaq. Hər qrupda 3 yığma yer alacaq. Qərar yekdilliklə qəbul olunub.

Ehtimallara əsasın filan mərhələdə Avropa 16, Afrika 9,5, Asiya 8,5, KONKAKAF zonası və Cənubi Amerika hərəsi 6,5, Okeaniya isə 1 komanda ilə təmsil olunacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti