BQXK nümayəndələri erməni əsirlə görüşüblər

BQXK nümayəndələri erməni əsirlə görüşüblər
  21 Avqust 2013    Oxunub:1102
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycanda saxlanılan erməni əsirlə görüşüb.
Bu barədə APA-ya BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib. Onun sözlərinə görə, başçəkmə bu gün baş tutub. Əsirə ailə məlumatları çatdırılıb və ondan ailəsi üçün məlumat alınıb.

Qeyd edək ki, avqustun 7-dən 8-nə keçən gecə erməni silahlı bölmələrinin hərbçisi Akop İnciqulyan qoşunların təmas xəttinin Ağdam cəbhəsi istiqamətində Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçib.


Teqlər:





Xəbər lenti