İstanbulda məsciddə uçqun: 3 ölü, 10 yaralı

İstanbulda məsciddə uçqun: 3 ölü, 10 yaralı
  10 Yanvar 2017    Oxunub:1791
Türkiyənin İstanbul şəhərinin Ataköy rayonundakı məscidin həyətində quraşdırılan çadırın damı çöküb.
AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Məlumatda, həmçinin bildirilir ki, üzərinə qar yığılan örtük ağırlıq nəticəsində çöküb. Həmin vaxt insanlar cənazə namazı qılırmışlar.

Hadisə yerinə xilasedicilər cəlb olunub. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti