Türkiyədə polis idarəsinə silahlı hücum olub - Video

Türkiyədə polis idarəsinə silahlı hücum olub - Video
  10 Yanvar 2017    Oxunub:11799
Türkiyənin Qaziantep vilayətində terrorçular polis idarəsinə silahlı hücum edib.
AzVision.az “Sozcu” yə istinadən xəbər verir ki, Polis İdarəsində atışma başlayıb.

Polis İdarəsinin binasına hücum üçün gələn iki terrorçudan biri çıxan qarşıdurmada öldürülüb. Digər terrorçu isə binada gizlənib.

Hazırda polis həmin binada əməliyyat keçirir. Hadisə yerinə xeyli təcili tibbi yardım maşını cəlb olunub.



***

Qaziantep valisi Ali Yerlikaya bildirib ki, terrorçularla atışma zamanı 1 polis xəsarət alıb: “Polislərimiz atışmaya anında cavab verərək terrorçunu zərərsizləşdiriblər. Bu mənfur hücum zamanı bir polis yüngül yaralanıb. Xəstəxanaya yerləşdirilən polisin həyatı təhlükəsi yoxdur”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti