Bir gündə iki terror: 27 ölü, 70 yaralı (Yenilənib)

Bir gündə iki terror: 27 ölü, 70 yaralı (Yenilənib)
  10 Yanvar 2017    Oxunub:1954
Kabildə törədilən iki terror hadisəsi nəticəsində azı 27 nəfər həlak olub, 70 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Məlumata görə, partlayış nəticəsində yerli polis rəisi də həyatını itirib. Terror aktlarının məsuliyyətini “Taliban” hərəkatının döyüşçüləri üzərinə götürüb.

***
(18:48)

Əfqanıstanın paytaxtı Kabildə bir gündə iki terror aktı törədilib.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, terrorçu-kamikadze Dar-ul-Aman küçəsində yerləşən hökumət binasının yaxınlığında özünü partladıb.

Bundan başqa, elə həmin küçədə minalanmış avtomobil partladılıb. Hücumun hədəfinin Əfqanıstan parlamentinin əməkdaşları olduğu bildirilir. Törədilən iki terror hadisəsi nəticəsində azı 23 nəfər həlak olub, 45 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Qeyri-rəsmi məlumata əsasən, partlayış nəticəsində yerli polis rəisi də həyatını itirib. Terror aktlarının məsuliyyətini “Taliban” hərəkatının döyüşçüləri üzərinə götürüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti