`Stalini əbədi lənətləyirəm` - Ramzan Kadırov

`Stalini əbədi lənətləyirəm` - Ramzan Kadırov
  11 Yanvar 2017    Oxunub:2859
Çeçenistan lideri Ramzan Kadırov SSRİ-nin rəhbərlərindən biri olmuş İosif Stalinin dövründə çeçenlərin Qazaxıstan və Orta Asiyaya deportasiyasını respublika tarixində ən faciəvi səhifələrdən biri adlandırıb.

AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Kadırov bu barədə Çeçen xalqının dövlətçiliyinin bərpası gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

“Stalin çeçen və digər xalqları uçuruma apardı. Mən onu əbədi lənətləyirəm!”, - Çeçenistan lideri 1944-cü il hadisələrini xatırlayaraq bildirib:

“Çeçenlərin əcdadları insanlığa sığmayan çətinliklərlə üzləşsələr də, cəsarət və dözümlülük göstəriblər”.

AzVision.az


Teqlər:





Xəbər lenti