ABŞ-da 8 nəfəri girov götürən şəxs tutuldu

ABŞ-da 8 nəfəri girov götürən şəxs tutuldu
  11 Yanvar 2017    Oxunub:1330
ABŞ-da banka hücum edərək 8 nəfəri girov götürən silahlı şəxs saxlanılıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər veirr ki, insident zamanı xəsarət alan olmayıb.

Şəhər polisinin nümayəndəsi CBS telekanalına bildirib ki, silahlı şəxs yerli vaxtla saat 8:30-da, müəssisə açılmazdan əvvəl kooperativin binasına girib. O, bankı qarət etmək istəyib.

Qeyd edək ki, ABŞ-ın Alabama ştatının Taskalusa şəhərində naməlum şəxs kredit kooperativində (bank müəssisəsi) işçiləri girov götürmüşdü.

AzVision.az


Teqlər:  





Xəbər lenti