Sarkisyanın Baden-Badendə Yeni İl keyfi

Sarkisyanın Baden-Badendə Yeni İl keyfi
  11 Yanvar 2017    Oxunub:6660
Ermənistanın siyasi elitası Yeni il bayramını xaricdə keçirməyə üstünlük verib.

AzVision.az “Hraparak” qəzetinə istinadən xəbər verir ki, erməni məmurlar bayramda Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) - əsasən Dubayda istirahət etməyə üstünlük veriblər. Deputatlar Abo Manukyan və Naira Zohrabyan isə BƏƏ-nin üçüncü ən böyük şəhəri Şarşada istirahət edib.

Ermənistanın sabiq baş naziri Ovik Abramyan Yeni ili Almaniya paytaxtı Berlində qeyd edib. Ermənistan prezidenti Serj Sarkisyan maliyyə sponsoru Aşot Arsenyanla birlikdə Yeni ili Almaniyanın Baden-Baden şəhərində qarşılayıb. Bununla da, Ermənistan prezidenti hakimiyyətdə olduğu müddət ərzində ilk dəfə Müqəddəs Sarkis kilsəsində keçirilən mərasimə qatılmayıb.

Bayram zamanı Ermənistanda qalan yeganə məmur isə ölkənin yeni baş naziri Karen Karapetyan olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti