Gürcüstan `Qazprom`dan qaz almayacaq

Gürcüstan `Qazprom`dan qaz almayacaq
  11 Yanvar 2017    Oxunub:1510
Gürcüstan hökuməti “Qazprom”un Ermənistana satdığı təbii qazın Gürcüstan ərazisindən nəqlinə görə nağd pul ödəmək təklifini qəbul edib.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə qərar hökumətin keçirilən iclasında qəbul olunub.

Qeyd edək ki, əvvəlki müqaviləyə əsasən “Qazprom” Ermənistana satdığı təbii qazın Gürcüstan ərazisindən nəqlinə görə daşınan “mavi yanacağın” ümumi həcminin 10 faizi civarında gürcülərə təbii qaz verirdi. Bu müqavilənin müddəti 2016-cı il dekabrın 31-də başa çatıb.

Yeni müqavilənin layihəsi hazırlanarkən bəzi şərtlərdə dəyişikliklər nəzərdə tutulub. Gürcüstan “mavi yanacağın” ərazisindən nəqlinə görə yenə qaz almaq niyyətində olsa da “Qazprom” bu əməliyyat üçün nağd pul ödəmək istəyib. Yanvarın 10-da Minskdə keçirilən üçüncü görüşdə “Qazprom” təbii qazın nəqlinə görə pul kompensasiya ödəməkdə israrlı olduğunu bəyan edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti