Fransada qrip epidemiyası yayılıb

  11 Yanvar 2017    Oxunub : 545
Fransada qrip epidemiyası yayılıb

Fransa Səhiyyə Nazirliyi ölkədə qrip epidemiyası ilə bağlı xəbərdarlıq edib.

AzVision.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, səhiyyə naziri Marisol Touraine bildirib ki, epidemiya getdikcə daha geniş ərazini əhatə edir : “Hazırda ölkədəki 850 xəstəxananın 142-də vəziyyət ağırdır. Səhiyyə müəssisələri ilə yanaşı, tibb işçiləri də hazırlıqlı olmalıdır”.

Nazirliyin nümayəndələri 2014-2015-ci illərdə 18 min nəfərin ölümü ilə nəticələnən H3N2 virusunun səbəb olduğu epidemiyanın təkrarlanacağından ehtiyat edirlər.

Ekspertlər isə H3N2 virusunun iki illik fasilədən sonra yenidən baş qaldırdığını qeyd edərək, bunun bir neçə həftə içində ciddi epidemiyaya çevrilə biləcəyini vurğulayırlar.

AzVision.az

Teqlər: