Tramp suallara cavab verdi: `Putinin məndən xoşu gəlirsə...` - YENİLƏNİB (VİDEO)

Tramp suallara cavab verdi: `Putinin məndən xoşu gəlirsə...` - YENİLƏNİB (VİDEO)
  12 Yanvar 2017    Oxunub:6231
ABŞ-ın seçilmiş prezidenti Donald Tramp Nyu-Yorkda ilk böyük mətbuat konfransını keçirib.

AzVision.az xəbər verir ki, Trampın çıxışıdan öncə onun nümayəndəsi bildirib ki, yeni seçilmiş prezident bundan sonra şəxsi biznesini işə qatmaq istəmir. O, Trampla bağlı yayılan son məlumatlara münasibət bildirərək KİV-də yer alan məlumatların həqiqətə uyğun olmadığını söyləyib.

Daha sonra söz alan Tramp prezident seçkilərində Rusiyanın ona yardım etməsi haqda iddialara aydınlıq gətirib. Bildirib ki, bu xəbərlər tamamilə yalandır və rəqibləri tərəfindən yayılıb.

Tramp çıxışında Rusiya ilə münasibətlərə də toxunub. O, Rusiya prezidenti Vladimir Putinlə yaxşı münasibət qurmaq istədiyini deyib: "Bilmirəm Putinlə yaxşı münasibət qura biləcəyəm, ya yox. Amma xoş əlaqə qura bilsək yaxşı olar. Əgər Putin məni dəstəkləyirsə, Trampdan xoşu gəlirsə, burada pis heç nə yoxdur. Rusiya bizə İŞİD-lə mübarizədə kömək edə bilər".

Yeni prezident fəaliyyəti dövründə Putinlə dost olacağına ümid etdiyini bildirib. Tramp, həmçinin Rusiyanın ABŞ-a kiberhücumlar etdiyini etiraf edib. Bəyan edib ki, ABŞ-a qarşı təkcə Rusiyadan deyil, başqa ölkələrdən də kiberhücumlar həyata keçirilir.

Yekun olaraq Tramp prezident olduğu müddətdə ABŞ-ın bütün ölkələrin ehtiramını qazanacağını vəd edib.



Xatırladaq ki, ötən ilin noyabrın 8-də ABŞ-də keçirilən seçkilərdə Donald Tramp rəqibi Hillari Klintona qalib gələrək ölkənin yeni prezidenti seçilib. Trampın andiçmə mərasimi yanvarın 20-də keçiriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti