Hərbçilər deputat seçilə bilməyəcəklər

Hərbçilər deputat seçilə bilməyəcəklər
  12 Yanvar 2017    Oxunub:1816
Türkiyə Böyük Millət Məclisi ölkə konstitusiyasına dəyişikliklərlə bağlı təklifin üçüncü maddəsini qəbul edib.
AzVision.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, maddənin lehinə 341, əleyhinə isə 139 səs verilib. Gizli səsverməyə 485 deputat qatılıb.

Təklifin üçüncü maddəsinə əsasən, seçkilərdə iştirak üçün minimum yaş həddi 25-dən 18-ə endirilir, həmçinin hərbi qulluqçular millət vəkilliyinə namizədliklərini irəli sürə bilməzlər.

AzVision.az


Teqlər:  





Xəbər lenti