Prezident pul vermədi - Tramp pərt oldu

Prezident pul vermədi - Tramp pərt oldu
  12 Yanvar 2017    Oxunub:2839
Meksika rəhbərliyi Donald Trampın prezident səlahiyyətlərinin icrasından sonra ABŞ administrasiyası ilə yaxşı münasibətlər qurmağa ümid edir, lakin sərhəddə divarın tikintisi üçün pul ayrımaq niyyətində deyil.
AzVision.az xarici KİV-lərinə istinadən xəbər verir ki, bunu Meksika prezidenti Enrike Nyeto bildirib.

"Bizim ABŞ-la fikir ayrılığımız var. Məsələn, tikintisinə görə pul ödəməyəcəyimiz divar, lakin biz yaxşı münasibətlər qurmağa hazırlaşırıq", - deyə Nyeto Meksikanın səfir və konsulları ilə illik görüşündə vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp hakimiyyətə gələcəyi təqdirdə Meksika ilə sərhəddə divar tikdirəcəyini bildirmişdi. O bəyan etmişdi ki, divarın tikintisi üçün Meksika tərəfi pul ayıracaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti