Sarkisyan mandat alverinə başladı

Sarkisyan mandat alverinə başladı
  12 Yanvar 2017    Oxunub:2720
Ermənistanın Daşnaksütyun partiyası ölkə prezidenti Serj Sarkisyandan onların namizədlərinin hakim partiyanın siyahısından irəli sürülməsini istəyib.

AzVision.az xəbər verir ki, bu barədə “Jamank” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Ermənistan prezidenti daşnakların bu təklifini razılıqla qarşılayıb. Bunun əvəzində hakim Respublika partiyası daşnakların tərkibində öz namizədlərini parlamentə keçirməyə cəhd edəcək.

Sarkisyanın bu addımla mandat alverinə başladığı bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti