Trampın qızı da biznesdən gedir

Trampın qızı da biznesdən gedir
  12 Yanvar 2017    Oxunub:2214
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın qızı İvanka biznesdən müvəqqəti gedəcəyini açıqlayıb
Bu barədə İvanka Tramp Facebook səhifəsində yazıb. İvanka Tramp qeyd edib ki, Donald Tramp ABŞ prezidenti vəzifəsini icra etməyə başlayandan sonra o, geyim və aksessuar şirkətindən müvəqqəti olaraq ayrılacaq, şirkətin idarəolunmasında iştirak etməyəcək.

Xatırladaq ki, ötən ilin noyabrın 8-də ABŞ-də keçirilən seçkilərdə Donald Tramp rəqibi Hillari Klintona qalib gələrək ölkənin yeni prezidenti seçilib. Trampın andiçmə mərasimi yanvarın 20-də keçiriləcək.

AzVision.az




Teqlər:





Xəbər lenti