Türkiyə İŞİD-çiləri belə məhv edir - Video

Türkiyə İŞİD-çiləri belə məhv edir - Video
  12 Yanvar 2017    Oxunub:2609
Türkiyə Silahlı Qüvvələrinin Suriyada keçirdiyi “Fırat kalkanı” (“Fərat qalxanı”) əməliyyatı çərçivəsində terrorçu İŞİD qruplaşmasının 22 üzvü zərərsizləşdirilib, 40 hədəfi məhv edilib.
AzVision.az Anadolu agentliyinə istinadən xəbər verir ki, əməliyyat Suriyanın Əl-Bab bölgəsində aparılıb. Nəticədə 29 məskunlaşma yeri, 3 qərargah binası, bir mərmi, 3 silahlı vasitə, 2-si bombalı olmaqla 4 maşın məhv edilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fırat kalkanı” əməliyyatı 2016-cı il avqustun 24-də başlayıb.



İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti